Əsas Səhifə > XARİCİ XƏBƏR > Mask “Twitter” əməkdaşlarına ultimatum verdi
Mask “Twitter” əməkdaşlarına ultimatum verdi17-11-2022, 00:48 |
Amerikalı iş adamı və “Twitter”in yeni sahibi İlon Mask şirkət işçilərinə yaxın gələcəkdə iş həcmini artırmağa hazırlaşmağı və ya işdən çıxmağı təklif edib. O, əməkdaşlarına şirkətdə qalmaq və ya işdən çıxmaq üçün öhdəlik imzalamalı olduqlarını bildirilib. “Yeni “Twitter”in bir hissəsi olmaq istədiyinizə əminsinizsə, lütfən, aşağıdakı linkdə “Bəli” düyməsini klikləyin”, - təşkilatdakı hər kəsə göndərilən e-poçtda deyilir. Məktubda qeyd olunur ki, sabah saat 17:00-a qədər sənədi imzalamayan hər kəs üç aylıq işdən çıxma pulu verilərək yola salınacaq. Şəffaflıq.az Geri qayıt |