Əsas Səhifə > Hadisə > Xırdalanda yaşayış binasında partlayışın səbəbi məlum olub

Xırdalanda yaşayış binasında partlayışın səbəbi məlum olub


16-11-2022, 23:17


Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində partlayış ilkin ehtimala görə qaz sızmasından baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.

“Hadisə nəticəsində 4 xəsarət alıb və həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər”, - o əlavə edib.

Abşeron rayonu, Xırdalanda yaşayış binasında partlayış zamanı 4 nəfər xəsarət alıb. 

 Hadisə zamanı ana və 3 övladı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə çoxmərtəbəli yaşayış binasında baş verib.


Geri qayıt