Əsas Səhifə > Kriminal > Qarabağ əlilinin döyülməsi xəbəri haqda – Rəsmi açıqlama

Qarabağ əlilinin döyülməsi xəbəri haqda – Rəsmi açıqlama


19-09-2019, 21:57

 


Vətəndaş Faiq Quliyevin işlədiyi daş karxanasında sözügedən obyektin 3 işçisi tərəfindən döyülməsi barədə yayılmış məlumat və səslənmiş fikirlər əslində baş vermiş bir hadisənin təhrif olunmuş formada təqdimatıdır və bu, adıçəkilən şəxsin ictimai rəydə günahsız obrazının yaradılmasına xidmət edir.

Şəffaflıq.az bildirir ki, bunu Yenisabah.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.

O, bildirib ki, həmin materialda döyülməsi ilə bağlı F.Quliyevin müraciətətinə Binəqədi RPİ-nin 43-cü PB-də qərəzli şəkildə və birtərəfli qaydada baxılması barədəki iddialar həqiqəti əks etdirmir.

O. Mansurzadə məlumat üçün bildiririb ki, paytaxt sakini İbrahim İbadov cari il avqustun 1-də Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edərək həmin gün Faiq Quliyevin onun işlədiyi daş sexinə bıçaqla gələrək 30 manat pulunu aldığını bildirib. Həmçinin, Ayaz Rəhimov adlı şəxs də 02.08.2019-cu il tarixdə ərizə ilə müraciət edərək qohumu İbrahim İbadovla 43-cü PB-də olarkən Faiq Quliyev və sonuncunun qardaşı Fariz tərəfindən döyüldüyünü qeyd ediblər.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı RPİ-nin İstintaq şöbəsinə həvalə edilib. İstintaq zamanı Ayaz Rəhimov zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri alınıb və digər istintaq hərəkətləri yerinə yetirilib.

Faiq Quliyev ifadəsində daş sexində İbrahim, Eyvaz və Ayaz adlı şəxslər tərəfindən döyüldüyünü göstərib.

Məhkəmə-tibbi ekspertizasının müvafiq rəylərində Ayaz Rəhimovun dərəcəsi təyin edilməyən, Faiq Quliyevin isə az ağır dərəcəli xəsarət alması əksini tapıb. İstintaq hərəkətləri ilə Faiq Quliyevin bu il avqustun 2-də, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasının qarşısında ictimai qaydanı kobud surətdə pozaraq A.Rəhimova dərəcəsi təyin olunmayan xəsarət yetirməsi müəyyən edilib. Bu əməlinə görə cari il sentyabrın 6-da F.Quliyevə CM-in 221.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində “polsin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Cinayət işi nəzarətə götürülərək F.Quliyevə az ağır dərəcəli xəsarət yetirilməsinə və işin digər hallarına hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər görülməklə istintaq davam etdirilir.
Geri qayıt