Marsda anadan olduğunu deməklə bir müddət əvvəl dünyanın gündəmini zəbt edən Boriska Kipriyanoviç adlı şəxs yoxa çıxıb.
Şəffaflıq.az metbuat.az-a istinadən xəbər verir ki, Boriska Kipriyanoviç və onun anasının harada olduğu məlum deyil. Əvvəllər Volqoqrad şəhərində yaşayan rusiyalı, Marsda iki qrup arasında baş verən nüvə müharibəsindən sağ çıxaraq Rusiyaya gəldiyini irəli sürmüşdü. O, Marsda ciddi tələfatın olduğunu qeyd edərək, bəzi insanların sağ qaldığını irəli sürmüşdü. Gəncin indi harada yaşadığı məlum olmasa da, bəzi mənbələr onun və anasının dövlət mühafizəsi altında naməlum yerə yaşadığını irəli sürüb.Qeyd edək ki, Boriska Kipriyanoviçin anası övladının hələ bir neçə aylıq olarkən danışmağa başladığını açıqlamışdı. Boriska Kipriyanoviç özü isə dünyanı xilas etməyə gəldiyini demişdi.