Əsas Səhifə > FUTBOL > Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm".
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm".16-11-2022, 00:10 |
"Uzun müddət oynayacağımı düşünmürəm". Şəffaflıq.az-ın məlumatına görə, bunu Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi karyerası barədə "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib. 35 yaşlı forvard futbolla vidalaşdıqdan sonra da həyatının bu idman növü ilə bağlı olacağını bildirib: "Futbolu, sadəcə oynamağı və bundan zövq almağı sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdır". Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə birlikdə noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Geri qayıt |