Əsas Səhifə > Hadisə > Keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.

Keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.


16-11-2022, 00:02


Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat verib.

İxtiyar Şirin 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-1993-ci illərdə AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 2007-ci ildə Milli Konqres Partiyasının (MKP) sədri İxtiyar Şirin siyasi fəaliyyətdən uzaqlaşıb.


Geri qayıt