Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya ordusuna xarici vətəndaşlığa malik şəxslər də çağırılacaq
Rusiya ordusuna xarici vətəndaşlığa malik şəxslər də çağırılacaq14-11-2022, 22:26 |
Xarici vətəndaşlığı və ya xaricdə yaşamaq icazəsi olan Rusiya vətəndaşları ölkənin Silahlı Qüvvələrinə çağırıla biləcəklər. Bu, Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi dərc olunan “Hərbi xidmət qaydası haqqında Əsasnamə”yə dəyişiklik edən fərmanından irəli gəlir. Əvvəllər yalnız Rusiya Federasiyasının vətəndaşı olan şəxslər hərbi xidmət keçə bilərdilər. Əcnəbilər isə yalnız əsgər, matros, çavuş və gizirlərin sıralarında müqavilə əsasında xidmət etmək imkanına malik idilər. Sənədin yeni redaksiyasına əsasən, artıq çağırış üzrə hərbi xidmət Rusiya Federasiyası vətəndaşı olan, o cümlədən xarici dövlətin vətəndaşlığına malik olan əsgərlər, matroslar, çavuşlar və gizirlər tərəfindən həyata keçirilir. Şəffaflıq.az Geri qayıt |