Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə çağırılıb.
Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə çağırılıb.14-11-2022, 22:07 |
Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə çağırılıb. Şəffaflıq.az "qafqazinfo"ya istinadən xəbər verir ki, görüşdə XİN-in Qərbi Avropa üzrə baş direktoru Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləyib. Bildirib ki, Almaniya İranın daxili işləri ilə bağlı destruktiv yanaşmalar sərgiləyir: "Bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsi iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir edir. Bu təsirlərə görə Almaniya tərəfi məsuliyyət daşıyır". İranın rəsmi etiraz notası Almaniya səfirinə çatdırılıb. Almaniya səfiri isə cavabında bildirib ki, mesajı ən qısa vaxta öz hökumətinə çatdıracaq. Geri qayıt |