Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyədə insanlara dağıdıcı zəlzələ zamanı necə davranmağın qaydalarına dair təlimlər keçirilir
Türkiyədə insanlara dağıdıcı zəlzələ zamanı necə davranmağın qaydalarına dair təlimlər keçirilir13-11-2022, 11:26 |
Türkiyədə sıravi sakinlərin, yataqxana tələbələrinin, hökumət rəsmilərinin və fabrik işçilərinin iştirakı ilə kütləvi mülki müdafiə təlimləri keçirilir. Mülki müdafiə təlimləri 1999-cu ildə Türkiyənin Düzcə bölgəsində baş verən zəlzələnin 23-cü ildönümünə həsr edilib. Təlimlərə cəlb edilmiş mütəxəssislər insanlara dağıdıcı zəlzələ zamanı necə davranmağın, həyatı təhlükədə olan insanlara yardım etməyin əsas qaydalarını izah edirlər. Təlimlərin əsas məqsədi insanların maarifləndirməkdir. Xatırladaq ki, 1999-cu il noyabrın 12-sində Türkiyənin Düzcə bölgəsində 7,2 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 845 nəfər ölmüş, 4 948 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Şəffaflıq.az Geri qayıt |