Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > Şamaxı şəhəri Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Şamaxı şəhəri Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.11-11-2022, 23:56 |
11 noyabr 2022-ci il tarixdə Şamaxı şəhəri Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Şəffaflıq.az xəvər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Sonra Şamaxı rayonunda salınmış Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarı ziyarət edilib və önünə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Tural Qasımlı Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi bir zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. O, 1992-ci il noyabr ayının 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki,ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası daim milli mübarizənin önündə dayanmışdır. Bugün əminliklə deyirik ki, ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük qurucululq salnaməsidir. O həmçinin çıxışında bildirib ki, bugün sürətlə inkişaf edən mütəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Yeni Azərbaycan Partiyasının İdarə Heyyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçərək bugün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Məmmədov öz çıxışında bildirib ki, xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrdə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Daha sonra Şamaxı Mətbuat Yayım şöbəsinin müdiri Könül Məmmədova çıxışı zamanı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Tədbirdə çıxış edən şəhid atası Rza Nəbiyev bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsidir. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr,partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, II Qarabağ müharibəsi iştirakçılarına isə “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olunub. Geri qayıt |