Əsas Səhifə > Dünya > BMT və Rusiya arasında taxıl sazişi ilə bağlı görüş baş tutub
BMT və Rusiya arasında taxıl sazişi ilə bağlı görüş baş tutub11-11-2022, 19:47 |
Cenevrədə BMT və Rusiya nümayəndələrinin taxıl sazişinə həsr olunmuş görüşü keçirilir. Bu barədə təşkilatın Cenevrədəki baş qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi brifinqdə bildirib: “Görüş başladı, o, Millətlər Sarayında keçirilir”. Görüş iştirakçıları iyulun 22-də İstanbulda imzalanmış iki sazişin tam şəkildə həyata keçirilməsi üçün BMT-nin baş katibi Antonio Quterreşin səylərinin dəstəklənməsi üzrə məsləhətləşmələri davam etdirəcəklər. “Bu müzakirələrin Rusiyadan dünya bazarlarına maneəsiz ərzaq və gübrə ixracının asanlaşdırılmasında irəliləyişə töhfə verəcəyinə ümid edilir”, - deyə Veluççi qeyd edib. Şəffaflıq.az Geri qayıt |