Əsas Səhifə > XARİCİ XƏBƏR > Parisdə metro xətləri işləmir

Parisdə metro xətləri işləmir


10-11-2022, 23:51



Fransanın paytaxtında metro işçiləri sərnişinlərə xidmət etməkdən imtina ediblər.

Onlar iş şəraitləri yaxşılaşdırılmayana qədər tətili dayandırmayacaqlarını bildiriblər.  

Fransa mətbuatı yazır ki, hazırda paytaxtda əsas yeddi metro xətti bağlıdır, digərlərində isə qatarların hərəkəti yalnız səhər və axşam pik saatlarında həyata keçirilir.

Tətilə qoşulanlar arasında bəzi yerüstü ictimai nəqliyyat xidmətinin işçiləri də var.

Şəffaflıq.az


Geri qayıt