Əsas Səhifə > SİYASƏT > Özbəkistan Prezidenti: "Sabah TDT-nin Zirvə Görüşü ilk dəfə yeni adla keçiriləcək"
Özbəkistan Prezidenti: "Sabah TDT-nin Zirvə Görüşü ilk dəfə yeni adla keçiriləcək"10-11-2022, 22:34 |
Sabah Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü ilk dəfə olaraq yeni adla keçiriləcək. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib. "Sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində. Biz görürük ki, bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verib. Özbəkistanda bu tarixi hadisə ilk dəfədir. Nə üçün Səmərqənddə təşkil olunması da böyük əhəmiyyət kəsb edir, ona görə ki, sabah Səmərqənddə ilk dəfə olaraq Zirvə Görüşü yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir", - dövlət başçısı vurğulayıb. Geri qayıt |