Əsas Səhifə > Hadisə > Masallıda qəza: Sürücü yuxuladı, möcüzə nəticəsində sağ qaldı

Masallıda qəza: Sürücü yuxuladı, möcüzə nəticəsində sağ qaldı


8-11-2022, 18:42



Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, qəza zamanı “Mitsubishi” markalı minik maşını dəmir arakəsmələrə çırpılıb. 

Hadisə Masallı-Lənkəran magistral yolunda qeydə alınıb.

Bildirilib ki, hadisəyə yolda sürücünün yuxulaması səbəb olub. Qəza nəticəsində avtomobil yarasız hala düşüb. 

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. 


Geri qayıt