Əsas Səhifə > Dünya > Dünyanın ən böyük təyyarəsi yenidən hazırlanır
Dünyanın ən böyük təyyarəsi yenidən hazırlanır8-11-2022, 11:21 |
Ukraynanın “Antonov” dövlət müəssisəsi Rusiya tərəfindən Qostomeldə dağıdılan dünyanın ən böyük təyyarəsinin əvəzinə ikinci An-225 “Mriya”nı inşa edir. Bu barədə müəssisənin baş direktoru Yevgeni Qavrilov bildirib. “İşlər gizli yerdə aparılır. İkinci An-225 həm yeni hissələri, həm də zədələnmiş təyyarənin hissələri ilə təmin olunacaq”, - Qavrilov deyib. O qeyd edib ki, ikinci “Mriya” artıq 30 faiz hazırdır. İşin dəyəri 500 milyon avro qiymətləndirilir və Antonov aviaşirkətinin müvəqqəti yerləşdiyi Leypsiq/Halle Beynəlxalq Hava Limanı bunun üçün pul yığmağa kömək edir. Şəffaflıq.az Geri qayıt |