Əsas Səhifə > SƏHİYYƏ > Gəncədə 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi dəyişib

Gəncədə 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi dəyişib


6-11-2022, 22:36



Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub.

Şəffaflıq.az-ın məlumatına görə, Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov öz ərizəsi ilə işdən azad edilib.

Həmin vəzifəyə Abbas Səhhət adına 1 saylı Xəstəxananın keçmiş baş həkimi olmuş Azad Quliyev təyin olunub.


Geri qayıt