Əsas Səhifə > XARİCİ XƏBƏR > Çinin nəzarətdən çıxan raketi Yerə düşdü

Çinin nəzarətdən çıxan raketi Yerə düşdü


5-11-2022, 08:16



Çinin “Long March 5B” raketi Sakit Okeanın orta cənub bölgəsindən atmosferə girərək Yerə düşüb.

Bu barədə ABŞ Kosmik Komandanlığının “Twitter”də verdiyi açıqlamada qeyd edilir.

Çin bununla bağlı açıqlama verməyib. ABŞ-nin bəyanatına görə, atmosferə daxil olma vaxtı 13:01 olaraq qeyd edilib.

Son modulu Çinin “Tianqonq” Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan 20 tonluq raketin Yerə qayıtması narahatlıq yaradıb.

Nəzarətdən çıxan “Long March 5B” adlı raket daşıyıcısı Yer ətrafında saatda 28 min kilometr sürətlə fırlanaraq dünyaya girişini tamamlayıb.

Şəffaflıq.az


Geri qayıt