Əsas Səhifə > FUTBOL > “Qəbələ” – “Zirə” matçı meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.
“Qəbələ” – “Zirə” matçı meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.3-11-2022, 14:41 |
Azərbaycan Premyer Liqasının XIII turunun “Qəbələ” – “Zirə” matçı meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu qərar AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib. Bildirilib ki, Premyer Liqanın XII turunun “Sabah” –“Qəbələ” oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub. Bu səbəbdən çempionatın XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda birincilərin azarkeşlərinin stadiona girişi qadağan edilib. Bundan əlavə, “Sabah” – “Qəbələ” oyununda hər iki komandanın azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə klublar ayrı – ayrılıqda 4000 manat cərimə olunublar. Həmin oyunda qonaq azarkeşlər tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu daha 1600 manat xərcə düşüb. Azarkeşlər tərəfindən stadionda 73 ədəd plastik oturacağın sıradan çıxarılması səbəbindən dəymiş ziyan “Qəbələ” tərəfindən tam ödənilməlidir. Geri qayıt |