Əsas Səhifə > SİYASƏT > Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib.3-11-2022, 14:23 |
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib. Şəffaflıq.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb. Komendantlığın fəaliyyət istiqamətləri aşağıdakılardır: 1. komendantın Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək; 2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını təşkil etmək; 3. fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək; 4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək. Geri qayıt |