Əsas Səhifə > FUTBOL > Şotlandiyanın "Reyncers" klubu UEFA Çempionlar Liqasında antirekordu yeniləyib.

Şotlandiyanın "Reyncers" klubu UEFA Çempionlar Liqasında antirekordu yeniləyib.


2-11-2022, 09:35


Şotlandiyanın "Reyncers" klubu UEFA Çempionlar Liqasında antirekordu yeniləyib.

Şəffaflıq.az "Opta Co"ya istinadən xəbər verir ki, ölkə çempionu qrup mərhələsində top fərqinə görə uğusuzluqla üzləşib.

Son olaraq Niderland "Ayaks"ına 1:3 hesabı ilə uduzan komanda 6 matçda qapısında 22-ci topu görüb. Cəmi iki qolla yadda qalan "Reyncers" yarışı - 20 top fərqi ilə başa vurub.

Əvvəlki antirekord Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə 22 top buraxsa da, üç qol vura bilmişdi.


Geri qayıt