Əsas Səhifə > Hadisə > Bakı-Quba yolunda yük avtomobili aşıb, xəsarət alan var

Bakı-Quba yolunda yük avtomobili aşıb, xəsarət alan var


30-10-2022, 23:32



Axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunda qəza baş verib.

Şəffaflıq.az məlumat verir ki, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində aşan yük avtomobilinin sürücüsü xəsarət alıb və Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam edir.


Geri qayıt