Əsas Səhifə > Dünya > GÖZLƏNİLMƏZ GƏRGİNLİK! - Rusiya Şimali Koreya gəmisinin 21 nəfərlik heyətini həbs etdi
GÖZLƏNİLMƏZ GƏRGİNLİK! - Rusiya Şimali Koreya gəmisinin 21 nəfərlik heyətini həbs etdi17-09-2019, 22:17 |
Şəffaflıq.az xəbər verir ki, Rusiya Şimali Koreyaya məxsus bir gəmini saxlayıb. Gəminin 21 nəfər heyət üzvü də saxlanılıb. Şimali Koreyaya məxsus gəminin ekipajı Yapon dənizinin Rusiyaya məxsus sularında xidmət edən Rusiya sərhədçilərinə hücum edib. Üç nəfər rus hərbçisi yaralanıb. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, sərhədçilər Yapon dənizinin Rusiyaya məxsus iqtisadi zonasının sularında brakonyerliklə (qanunsuz ov ilə) məşğul olan iki ədəd Şimali Koreya gəmisini və 11 ədəd motobotu aşkar ediblər. FTX-nin məlumatında deyilir: “21 nəfərlik heyəti olan bir gəmi saxlanılıb. Şimali Koreyadan olan ikinci gəminin heyəti (45 nəfərdən çox) sərhəd xidməti gəmisinin baxış qrupunun üzvlərinə silahlı hücum həyata keçirib. Üç nəfər hərbçi müxtəlif ağırlıqda yaralanıb”. Şimali Koreyadan olan yüzlərlə balıqtutan gəmi Yapon dənizinin Rusiyaya məxsus sularında icazəsiz ov eləməklə məşğul olurlar. Rus sərhədçiləri qayda pozucularının bir qismi ilə məşğul olduqları zaman digər balıqçılar öz gəmilərinin anbarlarını kalmarlarla dolduraraq aradan çıxmağa cəhd edirlər. 2017-ci ildə Şimali Koreyadan olan 863 nəfər balıqçı tutulduğu halda, bu ilin 8,5 ayı ərzində bu rəqəm tqribən 3 min nəfərə bərabər olub. Ötən həftənin yalnız üç günü ərzində rus sərhədçilər Şimali Koreyadan olan 400 nəfərə yaxın brakonyer tutublar. Geri qayıt |