Əsas Səhifə > Dünya > 2023-cü ildə ilk türkiyəli kosmonavtın BKS-ə göndərilməsi üçün hazırlıqlara başlanılıb

2023-cü ildə ilk türkiyəli kosmonavtın BKS-ə göndərilməsi üçün hazırlıqlara başlanılıb


29-10-2022, 09:56



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ilk türkiyəli kosmonavtın 2023-cü ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi üçün hazırlıqlara başlandığını elan edib.

“Milli kosmik proqram çərçivəsində biz gələn il ilk vətəndaşımızın BKS-ə göndərilməsi üçün hazırlıqlara başlamışıq”, - dövlət başçısı Ankarada “Türkiyə Əsri” layihəsinin təqdimatında deyib.

Qeyd edək ki, bir müddət öncə yayılan məlumatlara görə, Türkiyə Kosmik Agentliyi noyabr ayına qədər BKS-də elmi işlərlə məşğul olacaq iki namizədi - əsas və ehtiyat kosmonavt hazırlamağı planlaşdırır. Onların hazırlanması Amerikanın “Axiom Space” şirkəti ilə birgə həyata keçirilir. Məhz bu şirkət həmçinin ilk türkiyəli kosmonavtı BKS-ə çatdıracaq.

Xatırladaq ki, Türkiyə Prezidenti 2021-ci ildə kosmonavtların hazırlanması və yerli raketin Aya göndərilməsini əhatə edən milli kosmik proqramın işə salındığını elan edib. Layihə təxminən 6 milyard dollara başa gələcək.

Şəffaflıq.az


Geri qayıt