Əsas Səhifə > SİYASƏT > Azərbaycan Prezidenti: "Türkiyə beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib"

Azərbaycan Prezidenti: "Türkiyə beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib"


28-10-2022, 19:06


"Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir".

Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda qeyd edilib.

"Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır.

Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq", - məktubda vurğulanıb.


Geri qayıt