Əsas Səhifə > XARİCİ XƏBƏR > Ağ Ev İranda etirazçılara dəstək verib
Ağ Ev İranda etirazçılara dəstək verib27-10-2022, 23:59 |
"Vaşinqton İrandakı etirazçıları dəstəkləyir və hesab edir ki, ölkədə hakimiyyət dəyişikliyi olub-olmaması onların öz ixtiyarındadır". Şəffaflıq.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "Bu, İran xalqının qərarıdır. Şübhəsiz ki, İran xalqı öz gələcəyini müəyyən etməlidir. "Əlbəttə ki, biz dinc etiraz hüququnu dəstəkləyirik və təbii ki, hökumətin etirazları zorakılıqla basdırmaq cəhdinə qarşıyıq", - Kirbi deyib. Kirbi qeyd edib ki, hazırda Vaşinqtonun diqqəti dinc etiraz hüququnu müdafiə etməyə yönəlib. Geri qayıt |