Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ-da güclü zəlzələ baş verdi

ABŞ-da güclü zəlzələ baş verdi


26-10-2022, 08:47



Çərşənbə axşamı ABŞ-ın Kaliforniya ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin geoloji xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 1 milyondan çox insanın yaşadığı San Xose şəhərindən 19 km qərbdə yerləşib. Mənbə 7 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Şəffaflıq.az


Geri qayıt