Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukraynada nazir müavinlərinin evlərində axtarışlar aparılıb
Ukraynada nazir müavinlərinin evlərində axtarışlar aparılıb21-10-2022, 09:25 |
Ukraynanın Antikorrupsiya Milli Bürosunun əməkdaşları iki nazir müavininin - Aqrar Siyasət və İqtisadiyyat nazirlikləri rəhbərlərinin, həmçinin Prezident Ofisi rəhbərinin müşavirinin evlərində axtarışlar aparıb. Şəffaflıq.az xəbər verir ki,bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, axtarışlar humanitar yardımın paylanması ilə bağlı sui-istifadə hallarının araşdırılması ilə bağlıdır. Jurnalistlərin məlumatına görə, axtarışlar aqrar siyasət və ərzaq nazirinin birinci müavini Taras Vısotski, iqtisadiyyat nazirinin müavini Aleksandr Qriban və Prezident Ofisi rəhbərinin müşaviri Yelena Simonenkonun evlərində həyata keçirilib. Geri qayıt |