Əsas Səhifə > SİYASƏT > "Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır".

"Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır".


20-10-2022, 20:09


"Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır".

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.

"Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Bu addımlar Türkiyə şirkətləri ilə birgə atılıb. Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhər”lər olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır. Artıq həmrəylik içində atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, Cəbrayılda təməlini qoyduğumuz meşə təlimi və tingçilik mərkəzi də həmrəyliyimizin rəmzidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.


Geri qayıt