Əsas Səhifə > İdman > Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.
Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.19-10-2022, 09:44 |
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq yarışda 6 komanda iştirak edəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, artıq bütün yığmaların heyətləri müəyyənləşib. Azərbaycan yığmasının tərkibində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (hər ikisi 67 kq), Ülvü Qənizadə, Qurban Qurbanov (hər ikisi 72 kq), Sənan Süleymanov, Elcan Məmmədov (hər ikisi 77 kq), Rafiq Hüseynov, Nəsir Həsənov (hər ikisi 82 kq), Laçın Vəliyev, Murad Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) yer alıb. Digər yığmaların heyətləri belədir: Türkiyə: Ekrem Öztürk, Muhammet Emin Çakır (hər ikisi 55 kq), Kerem Kamal, Mükremin Aktaş (hər ikisi 60 kq), Ahmet Uyar (63 kq), Murat Fırat (67 kq), Selçuk Can (72 kq), Yunus Emre Başar, Yüksel Sarıçiçek (hər ikisi 77 kq), Burhan Akbudak (82 kq), Ali Cengiz (87 kq), Metehan Başar, Mustafa Olqun (hər ikisi 97 kq), Osman Yıldırım (130 kq). Serbiya: Sabolç Losonç (55 kq), Aleksandar Berarov, Sebastyan Kolompar (hər ikisi 60 kq), Stefan Lisçeviç, Periça Dimitriyeviç (hər ikisi 63 kq), Sebastyan Nad (67 kq), Aleksa Erski, Mate Nemes (hər ikisi 72 kq), Aleksa Iliç (77 kq), Miloş Peroviç, Viktor Nemes (hər ikisi 82 kq), Zarko Dikov (87 kq), Mixail Kacaya (97 kq), Sabolç Xorvat (130 kq). İran: Məhəmməd Cavahiri, Poya Marz (hər ikisi 55 kq), Puya Naserpur, Mehdi Necad (hər ikisi 60 kq), Səid İsmaili, İman Məhəmmədi (hər ikisi 63 kq), Hojat Rezayi, Seyid Söhrabi (hər ikisi 67 kq), Məhəmmədrza Rüstəmi, Əmir Abdi (hər ikisi 72 kq), Arif Həbibullahi, Məhəmməd Muxtari (hər ikisi 77 kq), Məhəmmədhüseyn Mahmudi, Alireza Mohmadipiani (hər ikisi 82 kq), Hamidreza Badkan, Abolfazl Çubani (hər ikisi 87 kq), Ali Abedidarzi, Mehdi Balihamzehdeh (hər ikisi 97 kq), Fardin Shaban Hedayati, Aliakbar Yusifəhmədçali (hər ikisi 130 kq). Qırğızıstan: Ulan Muratbek (55 kq), Nurmuxammet Abdullayev (60 kq), Kali Süleymanov (63 kq), Xalmurat İbrahimov (67 kq), Adilxan Nurlanbekov (72 kq), Akilbek Talantbekov (77 kq), Kalidin Asikeyev (82 kq), Azat Salidinov (87 kq), Uzur Cuzupbekov (97 kq), Erlan Manatbekov (130 kq). Dünya yığması: Nuqzari Tsurtsumia (55 kq), Aydos Sultangali (60 kq), Leri Abuladze (63 kq), Coni Xetsuriani (67 kq), Andrey Kulik (72 kq), Zoltan Levai (77 kq), Jalqasbay Berdimuratov (82 kq), Turpan Bisultanov (87 kq), Kiril Milov (97 kq), Mantas Knistautas (130 kq). Yarışın proqramına gəlincə, noyabrın 5-də gündüz (10:00-12:30) seansında Türkiyə - İran görüşü, bundan sonra isə Azərbaycan – Serbiya qarşılaşması start götürəcək. 16:00-16:30-da Dünya Kubokunun təntənəli açılış mərasimi keçiriləcək. 17:00-dan etibarən isə sırayla 4 görüş (İran – Qırğızıstan, Serbiya – Dünya yığması, Türkiyə - Qırğızıstan, Azərbaycan – Dünya yığması) baş tutacaq. Noyabrın 6-da 17:00-da 3-cü yer uğrunda görüşə start veriləcək. 18:30-da isə finalın başlaması nəzərdə tutulub. Xatırladaq ki, A qrupunda Türkiyə, İran və Qırğızıstan, B qrupunda isə Azərbaycan, Serbiya və Dünya yığması yer alıb. Reqlamentə əsasən, qrup qalibləri finala yüksələcək. Qrup ikinciləri isə bürünc medal uğrunda mübarizə aparacaq. Şəffaflıq.az Geri qayıt |