Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Ailə problemlərini həll edə bilərsiniz.
Günün qoroskopu: Ailə problemlərini həll edə bilərsiniz.19-10-2022, 00:07 |
Qoç - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri ilə fikir ayrılıqları yarana bilər. Buğa - əlverişli zamandır. Yaranmış şəraitdən faydalanmağa çalışın. İstənilən situasiyada yaxşı nə isə var. İşgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanların dəstəyini ala bilərsiniz. Onlar genişmiqyaslı planı və ya layihəni həyata keçirmək üçün müttəfiq tapın. Günün ikinci yarısında gəlirlər olacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Axşam saatlarına yaxın romantik təmaslar ola bilər. Münasibətlər bir qədər sonra ciddi əlaqələrə çevriləcək. Əkizlər - yaşananlara rəğmən təmkini itirməyin. Soyuqqanlı davranın, atacağınız addımların tələsik olmamasına çalışın. Yaranan istənilən problemin və ya çətinliyin öhdəsindən gələ biləcəksiniz. İşdə fikir ayrılıqları ola bilər. Mövqeyinizi müdafiə edin, geri çəkilməyin. Günün ikinci yarısında hadisələrin inkişafı düzgün mövqe tutduğunuzu göstərəcək. Axşam saatları peşəkar fəaliyyətlə bağlı önəmli məsələlərin müzakirəsi və həlli üçün yaxşıdır. Şəxsi münasibətlərdə diqqətli olun. Yeni tanışlara planlarınızdan danışmayın. Onlar ilk baxışdan göründüyü kimi deyillər. Xərçəng - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər yaranarsa, narahat olmayın. Problemlər müvəqqətidir və onları çözmək olar. Əvvəlcədən hazırladığınız plana qayıdın. Çoxdan bəri düşündüyünüz məsələni həyata keçirin. İşdə önəmli məsələlərin müzakirəsi üçün yaxşı gündür. Günün ikinci yarısında yeni işə çıxmaq olar. Ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olacaq. Qayğıkeş olun. Münaqişə və qarşıdurmalara yol verməməyə can atın. Ünsiyyətdə çətin olan insanla dil tapmağa can atın. Şir - günün ilk yarısı o qədər də uğurlu deyil. Əhvalınız korlana bilər. İşdə problemlər, maliyyə çətinlikləri istisna deyil. Narahat olmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Nikbin olun, qüvvə və potensialınıza güvənin. Xoş görüşlər olacaq. Dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Ailə münasibətləri ilə bağlı mühüm məsələləri müzakirə etmək olar. Günün ikinci yarısında yeni layihəni həyata keçirməyə hazır olun. Aktiv və enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Axşam saatlarında gəzintiyə çıxın. Qız - günün ilk yarısı mürəkkəb keçəcək. Gərəkli nəticəyə nail olmaq üçün çox çalışmalı olacaqsınız. Yardımlarına bel bağlamağa adət etdiyiniz insanlar sizi yarıyolda qoya bilərlər. Adi günlərdən fərqli olaraq işdə həmkarlarla münasibətlər gəriləcək, fikir ayrılıqları və ixtilaflar yaranacaq. İndiyədək bir kəlmədən anladığınız insanlarla dil tapmaq çətinləşəcək. Şəxsi münasibətlərdə situasiya yaxşı deyil. Qarşılıqlı iradlar, qısqanclıq və umu-küsü anlaşmaya mane olacaq. Yaranan problemlərin səbəblərini anlamağa çalışın. Çətinlikləri aradan qaldırmağın alternativ, amma effektiv yollarını arayın. Tərəzi - köhnə problemləri unutsanız da, onlar sizi unutmayıblar. Çətinlikləri sürətlə, qısa müddətdə həll etmək asan deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Diqqətinizi cari işlərə yönəldin. Bir müddət sonra yeni işlərin həllinə başlaya bilərsiniz. Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Axşam saatları yaradıcılıq fəaliyyəti üçün yaxşıdır. Dünyagörüşünüzü, biliklərinizi artırın. Yeni hobbi artıra bilərsiniz. Maraqlı tanışlıqlar olacaq. Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız. Əqrəb - günün ilk yarısı sakit olacaq. Bir qədər əvvəl başladığınız işi başa vurun. Fəaliyyət müstəvisində qayda yaradın, nizamı bərpa edin. Ötən həftədə əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı əldə etdiyiniz razılaşmanı yaddan çıxarmayın. Günün ikinci yarısında peşəkar mövqelərinizi möşkəmləndirin. Bədxahlarınızı zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli planlarının qarşısını alın. Gəlirlər, uğurlu sövdələşmələr istisna deyil. Axşam saatları şəxsi münasibətlər baxımından münasibdir. İntuisiyanız kəskin olmalıdır. Yaxınlarınız sizi anlayacaqlar. Oxatan - günün ilk yarısında bütün işlər asan olmayacaq. Kiçik çətinliklər və problemlərlə qarşılaşanda geri çəkilməyin. Dürüst davranın. Qətiyyətli və iradəli olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Məhz bu məziyyətləriniz sizə peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək insanların diqqətini cəlb edə bilər. Günün ikinci yarısında ambisioz planlarınızdan birini həyata keçirməyə can atın. Axşam saatlarına yaxın qəfil hədiyyə, romantik sürprizlər olacaq. Əks cins mənsubları ilə təmaslarda həssas və qayğıkeş olun. Laqeyd davranmayın. Oğlaq - anlaşmalar və sərmayələr üçün əlverişli zaman deyil. Maliyyə məsələlərində ehtiyatlı olun. Uğurlu gündür, problemlər ciddi deyil. Çətin məsələləri həll etməyə çalışın. Kimsədən kömək gözləməyin, kimsəyə bel bağlamayın. İşgüzar müzakirələr və danışıqlar pis keçməyəcək. Günün ikinci yarısında əldə edilmiş anlaşmalar və razılıqlar müvəqqətidir. Səfərlər üçün münasib zamandır. Görüşlər və təmaslarda təxəyyülünüzü işə salsanız, nəticələr pis olmayacaq. Yeni tanışlıqlar olacaq. Amma onlar ciddi münasibətlərə çevriləcək. Dolça - nəzərdə tutduğunuz işləri həyata keçirə bilərsiniz. Tələskənliyə yol verməyin. Vurnuxmalara qatılmayın. Yalnız etibar etdiyiniz, sınanmış müttəfiqlərlə çalışın. Bir zamanlar yardım etdiyiniz insanlara kömək etməkdən çəkinməyin. Müraciətiniz qulaqardına vurulmayacaq. Qəfil işgüzar təkliflərin alınması istisna deyil. Günün ikinci yarısında həmin təkliflərdən birini dəyərləndirsəniz, gəlir əldə edə bilərsiniz. Axşam saatlarında səfərə yollanın. Yaxınlarınıza hədiyyə verin, onları sevindirin. Dəyər verdiyiniz insanların qayğısına qalın. Balıqlar - risk etməkdən çəkinməyin. Yeni işlər və layihələrdə sizi uğurlar gözləyir. Nüfuzlu insanlarla, məmurlarla təmaslar, sənədləşdirmə üçün yaxşı gündür. Danışıqlar və müzakirələr üçün yaxşı gündür. Sınaqdan uğurla çıxacaqsınız. Günün ikinci yarısında yaxınlarınıza yardım edin. Ailə problemlərini həll edə bilərsiniz. Tanışlarınızın sizə rəğbəti artacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Səhhətiniz üçün profilaktik tədbirlər effektiv ola bilər. İmiclə eksperimentlər pis alınmayacaq. Geri qayıt |