Əsas Səhifə > İnfrastruktur / SİYASƏT > Saleh Məmmədov Tərtərdə vətəndaşları qəbul edəcək

Saleh Məmmədov Tərtərdə vətəndaşları qəbul edəcək


18-10-2022, 13:18


Oktyabrın 21-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, qəbul saat 11:00-da şəhərdəki Gənclər Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlər Tərtər rayonu “42 №-li Yol İstismarı” və Bərdə rayonu “43 №-li Yol İstismarı” MMC-lərdə öncədən qeydiyyatdan keçməlidir.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.


Geri qayıt