Əsas Səhifə > Dünya > Gürcüstanda QİÇS BƏLASI: yoluxanların sayı artır
Gürcüstanda QİÇS BƏLASI: yoluxanların sayı artır1-12-2018, 20:20 |
Bu ilin əvvəlindən Gürcüstanda QİÇS-ə yoluxanların sayı 618 nəfər artıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb. 2018-ci il dekabrın 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 7380 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5526 nəfəri kişilər, 1854-ü isə qadınlardır. Xəstəlik daşıyıcılarının əksəriyyətini 29-39 yaş qrupuna daxil insanlar təşkil edir. QİÇS 3938 xəstədə inkişaf edib, 1500 nəfər isə ölüb. QİÇS-ə yoluxan şəxslərin əksəriyyəti 2701 nəfər olmaqla, paytaxt Tbilisinin payına düşüb ki, onların da 87-si xarici ölkə vətəndaşlarıdır. HİV infeksiyasına yoluxma hallarının 62,9%-i heteroseksual əlaqə vasitəsilə yayılıb. Qeyd edək ki, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı ilk hal 1989-cu ildə qeydə alınıb. (report) Geri qayıt |