Əsas Səhifə > EKOLOGİYA > Azərbaycanda magistral yolu su basdı

Azərbaycanda magistral yolu su basdı


15-10-2022, 10:01


Fövqəladə Hallar Nazirliyi Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsini su basması ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Şəffaflıq.az


Geri qayıt