Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyədə mədən partlayışı: Ölənlərin sayı 28-yə çatdı

Türkiyədə mədən partlayışı: Ölənlərin sayı 28-yə çatdı


15-10-2022, 10:00


Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış zamanı ölənlərin sayı 28-ə çatıb. 

Bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca məlumat verib. 

Koca qeyd edib ki, yaralılardan 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edilir.

Şəffaflıq.az


Geri qayıt