Əsas Səhifə > Hadisə / Elm Təhsil > ADPU-nun professoru vəfat edib

ADPU-nun professoru vəfat edib


14-10-2022, 13:31


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, əməkdar müəllim Şükür Həmid oğlu Əlizadə dünyasını dəyişib.

Bu barədə ADPU-dan məlumat verilib.

Bildirilib ki, professor 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Əlizadə 25 oktyabr 1940-cı il Lənkəran rayonunun Viyən kəndində anadan olub.



Geri qayıt