Əsas Səhifə > ƏSAS XƏBƏR / KARUSEL / MANŞET > Şamaxıda fəaliyyət göstərən "Azərbaycan Qadınları Haqlarının Müdafiə Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gürcüstanda Video-konfrans keçirilmişdir
Şamaxıda fəaliyyət göstərən "Azərbaycan Qadınları Haqlarının Müdafiə Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gürcüstanda Video-konfrans keçirilmişdir12-10-2022, 11:47 |
Görüşdə gənclərin inkiluziv təhsili sahəsində müzakirə aparılmışdır. Şəffaflıq.az xəbər verir ki, həmin görüşdə gələcək birgəfəaliyyət və əməkdaşlıq haqda təkliflər iştirakçılar tərəfindən çox razılıqla qarşılanmışdır. Beləliklə, yaxın gələcəkdə birgə həyata keçiriləcək layihə çərçivəsində əməkdaşlıq olacaqdır. Tədbirdə "İnkişaf və Təhsil Mərkəzi"-nin direktoru Emin Əhmədov, "Gürcüstan İncəsənət Akademiyası"-nın sədri Denis Nesterenko və Gürcüstanda tanınmış incəsənət xadimi Şota Maqlakelidze çıxış etdilər. Qarşılıqlı əlaqələrin vacibliyi, Gürcüstan - Azərbaycan gənclərinin iştirakı ilə layihələrin vacibliyi vurgulandı. Azərbaycan tərəfindən video-konfransa Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, "Xəbər.al" İnformasiya Portalının təsiscisi Mirİsmayıl Xələfli, Şəffaflıq qazetinin təsisçi və baş redaktoru Vahid İsmayılov, hazırda Şamaxıda fəaliyyətdə olan Reablitasiya mərkəzinin digər əməkdaşları da iştirak edərək təcrübə mübadiləsindən faydalanmışlar. Yekunda görüş iştirakçıları "Tea House"-da, tanınmış incəsənət xadimi Şota Maglakelidzenin sərgisi ilə tanış olublar. Hazırladı: Fuad Əsgərov Şəffaflıq.az Geri qayıt |