Əsas Səhifə > Dünya > Səbrimiz daşarsa... - Ərdoğandan SƏRT XƏBƏRDARLIQ

Səbrimiz daşarsa... - Ərdoğandan SƏRT XƏBƏRDARLIQ


15-09-2019, 23:26

 


Təəssüf ki, təhlükəsiz bölgə (Suriyanın şimalında –red.) anlayışı gözləntilərimizə cavab vermir. Səbrimiz daşarsa, başımızın çarəsinə baxmaq məcburiyyətində qalacağıq.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyters” agentliyinə müsahibəsində bildirib.

Prezident İdlib mövzusuna da toxunub: “İdliblə bağlı həssaslığımız və prioritetlərimiz var. Mülki insanlara edilən hücumları yeni qaçqın axını və siyasi həll prosesinin iflas riski olaraq görürük. Hazırda İdlibdəki müşahidə nöqtələrindən geri çəkilməyimiz müzakirə mövzusu deyil. Rejim müşahidə nöqtələrimizə bir hücum edərsə, iş orada çox fərqli bir istiqamətə gedə bilər, indi olduğu kimi dayanmarıq. 3,6 milyon qaçqını saxlayan Türkiyə Suriyadan gələcək milyonlarla insanı da qəbul edə bilməz, bunun öhdəsindən gələ bilmərik”.

Şəffaflıq.az
Geri qayıt