Əsas Səhifə > XARİCİ XƏBƏR > Putin Kiyevə atılan raketlərin Krım körpüsünün qisaı olduğunu bildirib

Putin Kiyevə atılan raketlərin Krım körpüsünün qisaı olduğunu bildirib


11-10-2022, 00:18



Rusiya prezidenti Vladimir Putin Kiyevə xəbərdarlıq edib ki, əgər Ukrayna hakimiyyəti Rusiya Federasiyası ərazisində terror aktları törətməyə davam etsə, cavablar sərt olacaq.


Şəffaflıq.az xəbər verir ki, bu barədə o, bazar ertəsi dövlət başçısı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirədə bildirib

“Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdid səviyyəsinə uyğun olacaq”.

- deyə Rusiya prezidenti bildirib.

“Buna heç kimin şübhəsi olmamalıdır”, - Putin vurğulayıb.

O, qeyd edib ki, Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terror qruplaşmaları ilə bərabər səviyyəyə endirib. "Ona görə də, bu qəbildən olan cinayətləri cavabsız qoymaq sadəcə mümkün deyil",- deyə Putin qeyd edib.

Prezident deyib ki, “bu gün səhər Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən, yüksək dəqiqlikli uzaqmənzilli hava, dəniz və qurudan Ukraynanın hərbi komandanlıq və rabitə vasitələrinə xidmət edən energetika sahələrinə kütləvi zərbə endirilib.

Prezident müdafiə naziri Sergey Şoyquya “nəticələr barədə məlumat verməyi” tapşırıb.

İclasda Baş nazir Mixail Mişustin, parlament palatalarının sədrləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov.

Dövlət başçısının çıxışından sonra görüş jurnalistlər üçün bağlı qapılar arxasında davam edib.


Geri qayıt