Əsas Səhifə > FUTBOL > İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib


10-10-2022, 23:19


Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Qonsalo Avilanın Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacağı dəqiqləşib.

Şəffaflıq.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bud əzələsindən zədə alan 24 yaşlı müdafiəçi tibbi müayinədən keçib. Onun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.

İspaniyalı oyunçu avrokubok Bakıdakı qarşılaşma ilə yanaşı, Yunanıstan Super Liqasında PAOK-la VIII tur görüşündə də iştirak edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" oyunu saat 20:45-də başlayacaq."Report"


Geri qayıt