Əsas Səhifə > FUTBOL > Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür


10-10-2022, 19:38


"Özümü yaxşı və xoşbəxt hiss edirəm. Avropa Liqasında növbəti oyunumuzu düşünürəm".

Şəffaflıq.az-ın məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun futbolçusu Marselo Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu barədə şəxsi instaqram səhifəsində yazıb.

Braziliyalı müdafiəçi bildirib ki, şəraitdən asılı olmayaraq xoşbəxt olmaq lazımdır.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


Geri qayıt