Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı


10-10-2022, 14:51



ABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

Səfirlikdən verilən yazılı açıqlamada Rusiyanın Ukrayna ərazisində raket hücumları təşkil etdiyi bildirilib.

Rusiyanın Kiyev başda olmaqla digər şəhərlərdəki bir çox infrastruktur və ictimai binanı raket atəşinə tutduğu bildirilən açıqlamada hücumların mülki insanların həyatı üçün də təhlükə yaratdığına diqqət çəkilib.

“ABŞ vətəndaşları olduqları yerlərdə sığınacaq axtarmalı və təhlükəsiz olduqları zaman mövcud yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal Ukraynanı tərk etməlidirlər”, - deyə bildirilib.

Şəffaflıq.az


Geri qayıt