Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyənin İraqdakı hərbi bazasına raket hücumu olub
Türkiyənin İraqdakı hərbi bazasına raket hücumu olub9-10-2022, 12:02 |
İraqın şimalındakı Türkiyə hərbi bazasına şənbə günü raket hücumu olub. Yerli təhlükəsizlik departamentinin nümayəndəsinin sözlərinə görə, Mosul şəhərinin şimal-şərqindəki Başik bölgəsində yerləşən Türkiyənin “Zlikan” bazasına üç raket atılıb. Bildirilir ki, onlardan ikisi türk qüvvələrinin düşərgəsinin bilavasitə yaxınlığında, üçüncüsü isə bazaya bitişik dağın ətəyinə düşüb. İraq təhlükəsizlik qüvvələrinin bölmələri atəş açan qurğunun yerini müəyyənləşdirmək və Türkiyə hərbi obyektinə mərmi atan cinayətkarları ələ keçirmək üçün əməliyyata başlayıb. Qeyd edək ki, “Zlikan”, həmçinin Türkiyə ilə sərhəddən 15 km aralıda yerləşən El-Amadia kəndi yaxınlığındakı digər türk bazası vaxtaşırı müxtəlif növ hücumların hədəfinə çevrilir. Şəffaflıq.az Geri qayıt |