Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ-da kişi 22 qadın təqaüdçünü öldürüb
ABŞ-da kişi 22 qadın təqaüdçünü öldürüb9-10-2022, 09:49 |
ABŞ-ın Texas ştatında 49 yaşlı Billi Çemirmir iki qoca qadını öldürdüyünə və onların zinət əşyalarını oğurladığına görə şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum olunub, o, 20 belə cinayətdə şübhəli bilinir. “Report” bu barədə “NBC News”a istinadən xəbər verir. Belə ki, Billi Çemirmir Dallas şəhərində 87 yaşlı Meri Bruksu öldürməkdə təqsirli bilinib. O, əvvəllər 81 yaşlı Lyuti Harrisin ölümünə görə məhkum edilib. Bundan əlavə, 20 yaşlı qadının ölümündə əli hesab olunur. İstintaqın məlumatına görə, həmin şəxs iki il təqaüdçüləri ovlayıb, onları öldürüb və qızıl-zinət əşyalarını götürüb. Onun qurbanlarından biri sağ qala bilib. 91 yaşlı zərərçəkən bildirib ki, naməlum şəxs onun arxasınca evinə qədər gedib, mənzilinə girib, yastıqla onu boğmağa çalışıb, sonra isə qızıl-zinət əşyalarını alıb. Çemirmirin həbsindən sonra polis uşaqların ölən valideynlərindən qızıl-zinət əşyalarının itdiyini bildirmələri ilə bağlı işlərə baxıb. Onun 22 dəfə oxşar sxem üzrə hərəkət etdiyi güman edilir. Şəffaflıq.az Geri qayıt |