Əsas Səhifə > Dünya / Maraqlı > İnsanabənzər robot Britaniya parlamentinə dəvət edilib: O, müasir incəsənət barədə çıxış edəcək
İnsanabənzər robot Britaniya parlamentinə dəvət edilib: O, müasir incəsənət barədə çıxış edəcək8-10-2022, 22:12 |
Ai-Da adlı insanabənzər robot Böyük Britaniya Parlamentində Rəqəmsal Texnologiyalar üzrə Lordlar Palatasının Komitəsinin iclasında çıxış etmək üçün dəvət alıb. Bildirilir ki, android-rəssam robot öz çıxışında süni intellektin müasir incəsənətin inkişafına təsirindən danışacaq. Ai-Da həmçinin yaradıcı peşə sahiblərinin neyron şəbəkələrin aktiv inkişafından qorxmalı olub-olmamaları barədə fikrini bildirəcək. O, neyron şəbəkələrin mətn sorğuları əsasında şəkillər yaratmaq bacarıqlarına insanların münasibəti barədə də şərhlər verəcək. Humanoidin yaradıcısı britaniyalı qalereyaçı Eydan Mellerdir. Robotun çıxışı oktyabrın 11-nə planlaşdırılır. Meller həmçinin 2019-cu ildə “Engineered Arts” şirkəti ilə birlikdə android yaratmışdı. Ai-Da adı isə ilk qadın kompüter proqramçısı Ada Lavleysin şərəfinə qoyulub. Robot kameralarla təchiz olunub ki, bu kameralar ona gözləri əvəz edir. Robot-rəssam həm də danışa, suallara cavab verə və həm də rəsmlər yarada bilir. Şəffaflıq.az Geri qayıt |