Əsas Səhifə > SİYASƏT > Ərdoğan Rusiya prezidenti ilə danışacaq

Ərdoğan Rusiya prezidenti ilə danışacaq


7-10-2022, 00:23


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağını bildirib.

Bu barədə, o, Praqada mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə, Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinə nail olan yeqanə ölkədir. Ərdoğan Türkiyədə müvəqqəti olaraq saxlanılan 200 ukraynalı əsirin ailə üzvlərinin də ölkəyə gətirilidiyini vurğulayıb.
Kreml sabah Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı planlaşdırıldığını təsdiqləyib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı oktyabrın 7-nə planlaşdırılıb.

Şəffaflıq.az


Geri qayıt