Əsas Səhifə > Dünya > Dimorf asteroidi NASA-nın hücumundan sonra kometa oldu
Dimorf asteroidi NASA-nın hücumundan sonra kometa oldu6-10-2022, 13:41 |
Oktyabrın 5-də Çilidə yerləşən SOAR beynəlxalq yerüstü teleskopu səmada quyruğu təxminən 10 min kilometr olan qeyri-adi kometa aşkar edib. Əldə edilən görüntüləri təhlil edən alimlər müəyyən ediblər ki, bu səma cismi DART missiyasının zondu ilə toqquşduqdan sonra Dimorf asteroidindən qalan hissədir. Xatırladaq ki, sentyabrın 26-da göyərtəsində kameraları olan DART kosmik zondu Yerdən 11 milyon kilometr aralıda, təxminən 24.000 km/saat sürətlə daha böyük Didim asteroidinin peyki olan Dimorf asteroidinə çırpılıb. Zondun Dimorfla toqquşması anı NASA tərəfindən canlı yayımlanıb. Qeyd edək ki, Dimorf Yer üçün heç bir təhlükə yaratmırdı. Şəffaflıq.az Geri qayıt |