Əsas Səhifə > XARİCİ XƏBƏR > Kanada İrana qarşı sanksiyaları genişləndirir
Kanada İrana qarşı sanksiyaları genişləndirir3-10-2022, 23:06 |
Kanada insan haqlarının sistematik şəkildə pozulması səbəbindən İrana qarşı sanksiyaları genişləndirib. Yeni sanksiyalar siyahısına 25 nəfər və 9 qurum daxil edilib. Bu barədə oktyabrın 3-də Kanada Xarici İşlər Nazirliyindən məlumat verilib. Tehran həmçinin beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə pozmaqda ittiham olunur. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami və Əl-Qüds xüsusi təyinatlılarının komandiri İsmayıl Qaani də sanksiyalara məruz qalıb. Məhdudiyyətə məruz qalan hüquqi şəxslər arasında isə SEPAH-ın kibermüdafiə komandanlığı, “Evin” həbsxanası, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, eləcə də Qasim Süleymani Fondu var. Şəffaflıq.az Geri qayıt |