Əsas Səhifə > XARİCİ XƏBƏR > Tehranda vəziyyət qarışdı: İranın nüfuzlu universitetində dərslər dayandırıldı
Tehranda vəziyyət qarışdı: İranın nüfuzlu universitetində dərslər dayandırıldı3-10-2022, 13:10 |
Oktyabrın 2-də tələbələrin geniş etiraz aksiyalarından sonra Tehran hökuməti İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslərin dayandırılması barədə qərar verib. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, növbəti bildirişə qədər tələbələrin universitetə girişinə qadağa qoyulub. Qeyd edək ki, bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi aksiyalarla yanaşı, universitetlərdə də etirazlar baş tutub. Şərif Texnologiya Universitetində təşkil edilən aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi olub və tələbələrə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə edilib. Universitet mühasirəyə alınıb, İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da, nəticə əldə olunmayıb. Çox sayda tələbənin yaralandığı və həbs edildiyi bildirilir. Şəffaflıq.az Geri qayıt |