Əsas Səhifə > XARİCİ XƏBƏR > Avropa İttifaqının dörd ölkəsi birgə qaz nəqli planı təklif edib

Avropa İttifaqının dörd ölkəsi birgə qaz nəqli planı təklif edib


2-10-2022, 19:41



Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli təbii qaz nəqli sisteminin operatorları mavi yanacağın inteqrasiya olunmuş qaz kəmərləri şəbəkəsi vasitəsilə çatdırılması təklifi ilə çıxış ediblər.

Şəffaflıq.az xəbər verir ki, müvafiq bəyanatı Rumıniyanın

Transgaz şirkəti yayıb.

“Bulgartransgaz, Transgaz, FGSZ və Eustream mövcud şəbəkələri vasitəsilə əlavə həcmdə təbii qaz nəql etməklə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün birgə işləməyi təklif edirlər”- bəyanatda vurğulanıb.

Şirkətlər hesab edirlər ki, bu təşəbbüs Türkiyə və Yunanıstandan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya vasitəsilə Şərqi, Mərkəzi və Qərbi Avropaya ildə beş milyard kubmetrədək təbii qazın sürətlə çatdırılmasına kömək edəcək.


Geri qayıt