Əsas Səhifə > SON XƏBƏR > Sumqayıt Kimya Sənaye Parkında istehsalın və ixracın genişləndirilməsi imkanları müzakirə olunub

Sumqayıt Kimya Sənaye Parkında istehsalın və ixracın genişləndirilməsi imkanları müzakirə olunub


1-10-2022, 23:41



Sumqayıt Kimya Sənaye Parkında istehsalın və ixracın genişləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olublar.

Nazirlik əməkdaşları Sənaye Parkının fəaliyyəti, bir sıra müəssisələrdə istehsal prosesi ilə yerində tanış olub, biznes subyektlərinin dəstəklənməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalının, ixrac coğrafiyasının genişləndirilməsi barədə müəssisələrin rəhbərləri və mütəxəssisləri ilə müzakirələr aparıblar.

Şəffaflıq.az


Geri qayıt